Polşa Müdafiə Nazirliyinin keçmiş rəhbəri Mariuş Blaşçak ölkə hakimiyyətini piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxmağa çağırıb və Rusiya Federasiyası ilə sərhəddə minaların basdırılmasını təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb.
"Şərq sərhədinin möhkəmləndirilməsi proqramının bir hissəsi olaraq, səlahiyyətlilər Ottava Konvensiyasından çıxmalıdırlar",- deyə o deyib.