Əsas məzmuna keç

Polşa qırıcılarını havaya qaldırdı

Polşa qırıcılarını havaya qaldırdı

Kiyevə raket və PUA zərbələri nəticəsində 38 nəfər ölüb və yaralanıb. Volodimir Zelenski səfərini yarımçıq kəsib, Oleksandr Sırski isə yeni təhlükə barədə xəbərdarlıq edib.

en ru

ordusunun Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirməsindən sonra Polşa ehtiyat tədbiri olaraq döyüş təyyarələrini havaya qaldırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Rusiyanın pilotsuz uçuş aparatları və raketlərlə təşkil etdiyi hücum nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb.

rəsmiləri bildiriblər ki, hücumlar nəticəsində çoxsaylı yaşayış binaları, eləcə də Kiyevin mərkəzində bir otel alovlara bürünüb.

Hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın gecə saatlarında irimiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlığından bir neçə saat sonra baş verib. Hadisədən sonra Zelenski İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması münasibətilə Dublinə etdiyi səfəri dayandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sırski isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin orduya Kiyevi ələ keçirmək məqsədilə yeni hücum əməliyyatları hazırlamaq göstərişi verib.

Sırskinin sözlərinə görə, bu planlara Belarus ərazisindən Ukraynanın paytaxtı və ətraf bölgələrinə yönələcək mümkün hücumlar da daxildir.

Həmçinin Rusiya tərəfi Ukraynanın pilotsuz uçuş aparatlarının Putinin doğulduğu Leninqrad vilayətinə qədər çatdığını açıqlayıb.

Rusiya rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bölgədə 6 pilotsuz uçuş aparatını məhv edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…