Operativ Məlumat Mərkəzi

Pakistan Hindistanla Kəşmir məsələsini müzakirə edəcək

1 dəq
Paylaş:
Pakistan Hindistanla Kəşmir məsələsini müzakirə edəcək
bununla bağlı xarici KİV məlumat yayıb. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Geo News" telekanalına müsahibəsində bildirib. "Hindistanla üç...

Pakistan Hindistanla danışıqların baş tutacağı təqdirdə üç əsas məsələni, o cümlədən Kəşmir məsələsini, transsərhəd terrorizmi və Hind çayının sularının paylaşılmasını müzakirə etməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Geo News" telekanalına müsahibəsində bildirib.

"Hindistanla üç əsas problemimiz var: Kəşmir, terror və su. Onlar son 76 ildə mövcuddur. Pakistan terrorun ən böyük qurbanıdır. Pakistan və Hindistanı üç dəfə müharibəyə aparan Kəşmir məsələsi kimi bu məsələ də həll edilməlidir", - nazir bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər