Əsas məzmuna keç

Pakistan Əfqanıstanla baş verən qarşıdurmanı "açıq müharibə" adlandırıb

Pakistan Əfqanıstanla baş verən qarşıdurmanı "açıq müharibə" adlandırıb

İslamabad Taliban hədəflərinə hava zərbələri endirib. Nazir Khawaja Asif və Musharraf Zaidi hərbi əməliyyatın detallarını, itkilərin sayını və son vəziyyəti açıqladı.

en ru

Əfqanıstanda hədəflərinə zərbələr endirib, İslamabad bunu “açıq müharibə” adlandırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, gecə boyu Pakistan ordusu Əfqanıstanın əsas şəhərlərində Taliban hökumətinə məxsus hədəflərə hava və quru zərbələri endirib. Hər iki tərəf qarşıdurma nəticəsində onlarla itki verildiyini açıqlayıb.

Pakistanın Khawaja Muhammad bəyan edib ki, ölkə baş verənləri artıq açıq müharibə kimi qiymətləndirir.

“Səbrimiz tükənib. Bu, artıq bizimlə sizin (Əfqanıstan) arasında açıq müharibədir”, – deyə nazir bildirib.

Pakistan mənbələri sərhəd boyunca Taliban mövqelərinə, qərargahlarına və silah anbarlarına zərbələr endirildiyini qeyd edib.

Pakistan hökumətinin sözçüsü Musharraf Zaidi isə açıqlamasında silahlı qüvvələrin “Əfqanıstan hədəflərinə qarşı əks-hücum əməliyyatlarını davam etdirdiyini” bildirib. Onun sözlərinə görə, zərbələr “Əfqanıstandan edilən təxribatsız hücuma” cavab olaraq həyata keçirilib.

Zeydi bildirib ki, əməliyyatlar nəticəsində 133 Taliban döyüşçüsü öldürülüb, 200-dən çoxu yaralanıb. İyirmi yeddi mövqe məhv edilib, doqquzu isə ələ keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…