Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsini elan etdi

2 dəq
Paylaş:
Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsini elan etdi

İranABŞ arasında gözlənilən birbaşa dialoqun növbəti raundu yaxın vaxtlarda baş tuta bilər və son diplomatik təmaslar ümidverici nəticələr vəd edir.

“Operativ Məlumat Mərkəzi-OMM” "The Express Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Xavaca Asif bildirib.

"Son dərəcə müsbət dinamika qeydə alınır", - nəşr müdafiə idarəsi rəhbərinin sözlərini sitat gətirib. Xavaca Asif qeyd edib ki, hazırkı diplomatik səylər "konstruktiv məcrada" inkişaf edir.

Daha əvvəl nümayəndələrinin növbəti birbaşa görüşünün 16 apreldə İslamabadda təşkil edilə biləcəyi barədə məlumat daxil olmuşdu. "Associated Press" agentliyinin məlumatına görə, tərəflər Pakistanın paytaxtında təkrar imkanını müzakirə edirlər. Bununla belə, Amerika administrasiyasının nümayəndələri yeni məsləhətləşmələr raundunun keçirilmə yeri üçün ehtimal olunan variantlardan biri kimi Cenevrəni göstərirlər.

Xatırladaq ki, ABŞİsrail 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində hərbi bazalarına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞİsrailin hücumları nəticəsində öldürülüb.

11-12 apreldə İslamabadda Pakistanın vasitəçiliyi ilə İranABŞ arasında danışıqlar keçirilib. VaşinqtonTehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax