Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vens ABŞ-İran danışıqlarında 1 nömrəli vasitəçi oldu

2 dəq
Paylaş:
Vens ABŞ-İran danışıqlarında 1 nömrəli vasitəçi oldu

arasında 11 aprel tarixində İslamabadda () planlaşdırılan danışıqların təşkilində ABŞ-ın vitse-prezidenti Cey Di Vens əsas rol oynayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Mənbənin dəyərləndirməsinə görə, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün bir neçə günlük danışıqlar tələb olunacaq.

"Bununla yanaşı, Pakistan hakimiyyəti bu məqsədə nail olmağa kömək etmək üçün Cey Di Vensi ölkədə daha uzun müddət qalmağa razı salmağa ümid edir", - deyə məlumatda qeyd olunub. Bildirilir ki, İran tərəfi ABŞ Prezidentinin xüsusi elçisi, əvvəlki raundlara rəhbərlik etmiş və hazırkı qrupa daxil olan Stiv Uitkoffa etibar etmir. Artıq İranAmerika nümayəndə heyətləri danışıqlar aparmaq üçün İslamabada gəliblər. Bununla belə, prosesin dəqiq başlama vaxtı hələlik açıqlanmır.

Xatırladaq ki, ABŞİsrail 28 fevralda İrana qarşı əməliyyatlara başlayıb və nəticədə İranın Ali rəhbəri Əli Xamenei daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraqKiprdəki hədəflərə zərbələr endirməyə başlayıb. Daha sonra, 8 apreldə İran ilə ABŞ və müttəfiqləri arasında ikihəftəlik atəşkəs barədə razılıq əldə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax