Pakistan Hindistanla danışıqların baş tutacağı təqdirdə üç əsas məsələni, o cümlədən Kəşmir məsələsini, transsərhəd terrorizmi və Hind çayının sularının paylaşılmasını müzakirə etməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Geo News" telekanalına müsahibəsində bildirib.
"Hindistanla üç əsas problemimiz var: Kəşmir, terror və su. Onlar son 76 ildə mövcuddur. Pakistan terrorun ən böyük qurbanıdır. Pakistan və Hindistanı üç dəfə müharibəyə aparan Kəşmir məsələsi kimi bu məsələ də həll edilməlidir", - nazir bildirib.