Əsas məzmuna keç

Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri uzadılıb

Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri uzadılıb

"Abzas " işi çərçivəsində həbs edilən Absalamova barəsində olan həbs üç ay uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…