Əsas məzmuna keç

Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - FOTO

Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - FOTO

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb. Onun 22 gün həbs müddəti qalıbmış....

Amnistiya aktı Əsədovaya da şamil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 müəssisədən sərbəst buraxılıb.

Onun 22 gün həbs müddəti qalıbmış.

Müğənni “Qafqazinfo”ya açıqlamasında dövlət başçısına təşəkkür edib: “Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. cəzamın çəkilməmiş hissəsini - 22 günü bağışladı, övladlarıma qovuşdum”.

Qeyd edək ki, Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…