Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov Türkiyədə TDT-nin iclasında iştirak edəcək

1 dəq
Paylaş:
Mikayıl Cabbarov Türkiyədə TDT-nin iclasında iştirak edəcək
bu barədə nazir öz “X” hesabında paylaşım edib. “Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, - deyə paylaşımda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər