Əsas məzmuna keç

Meksika ABŞ-dən gələn qeyri-qanuni miqrantları qəbul etməyib

Meksika ABŞ-dən gələn qeyri-qanuni miqrantları qəbul etməyib

bu barədə Qərb KİV-i məlumat yayıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin deportasiya edilən miqrantları daşıyan iki “C-17” təyyarəsi Qvatemalaya...

Meksika ABŞ Prezidenti administrasiyasının qeyri-qanuni miqrantların deportasiyası planlarını müvəqqəti ABŞ hərbi təyyarəsinin enişinə verməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin deportasiya edilən miqrantları daşıyan iki “C-17” təyyarəsi Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys isə həyata keçirilməyib.

Meksika hökumətinin imtina səbəbləri açıqlanmayıb. Hökumət ABŞ-nin birtərəfli tədbirlərinə qarşı çıxdığını bəyan edib.

Qeyd edək ki, Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. Belə ki, ölkədə miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.

D.Tramp, miqrantların vətənlərinə geri dönməsini dəstək göstərmək üçün Pentaqona tapşırıq verib və administrasiyasını “Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ ilə əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur olublar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…