Operativ Məlumat Mərkəzi

Macarıstan Rusiyadan neft almağa davam edəcək

2 dəq
Paylaş:
Macarıstan Rusiyadan neft almağa davam edəcək
bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bok açıqlama verib. Nazir bildirib ki, Macarıstan hər zaman həm nəqliyyat...

Rusiyadan neft alışı dayandırılmayacaq, çünki alternativ yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bok açıqlama verib.

Nazir bildirib ki, hər zaman həm marşrutlarının, həm də tədarükü mənbələrinin şaxələndirilməsinin tərəfdarı olub. Lakin bunun üçün real tələb olunur.

"Macarıstan həmişə həm marşrutların, həm də tədarük mənbələrinin şaxələndirilməsinin tərəfdarı olub. Lakin bunun üçün bizə alternativlər lazımdır", – deyə Bok qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiyadan neft idxalını əvəzləyə biləcək real alternativlər mövcud deyil. Nazir vurğulayıb ki, yanacağından asılılığın azaldılması haqqında müzakirələr hazırkı mərhələdə Macarıstanın enerji təhlükəsizliyi üçün risk yarada bilər.

Bok əlavə edib ki, Macarıstan heç bir halda öz enerji təhlükəsizliyinə xələl gətirməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax