Operativ Məlumat Mərkəzi

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub

1 dəq
Paylaş:
Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub
Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.  "Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, hadisə rayonunun Şilavar kəndi...

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, hadisə rayonunun Şilavar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyada Gülnaz Fərman qızı Cahangirovanı vurub. Daha sonra "NİVA" markalı minik avtomobili, "VAZ-2106" markalı minik avtomobil, "Mitsubishi Pajero" markalı minik avtomobili və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.

Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər