Əsas məzmuna keç

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.  "Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, hadisə rayonunun Şilavar kəndi...

Lənkəranda piyadanın vurulması zəncirvari qəzaya səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, hadisə rayonunun Şilavar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan piyada Gülnaz qızı Cahangirovanı vurub. Daha sonra "NİVA" markalı avtomobili, "VAZ-2106" markalı minik avtomobil, "Mitsubishi Pajero" markalı minik avtomobili və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.

Zəncirvari qəza zamanı xəsarət alan piyada və sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…