Əsas məzmuna keç

Kristofer Nkunku "Barselona"nın diqqətində

Kristofer Nkunku "Barselona"nın diqqətində

bu barədə "deadlinedaylive" nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya nəhəngi “Barselona” Nkunkunu heyətinə qatmaq üçün maraq göstərir. Klub yay...

Londonun “Çelsi” klubunda istədiyi uğuru qazana fransalı Nkunku karyerasını İspaniya La Liqasının aparıcı klublarından birində davam etdirmək ilə üz-üzədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "deadlinedaylive" nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya nəhəngi “Barselona” Nkunkunu heyətinə qatmaq üçün maraq göstərir.

Klub yay dönəmində qeydiyyat məsələlərini həll edə biləcəyi halda, Fermin Lopezin yerinə Nkunkunun transferini reallaşdırmaq istəyir.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, 27 yaşlı hücumçunun transfer dəyəri təxminən 35 milyon avro təşkil edir. Nkunkunun “Çelsi” ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…