Əsas məzmuna keç

"Kəpəz" "Neftçi"yə qalib gəlib

"Kəpəz" "Neftçi"yə qalib gəlib

IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsüm ilk qələbəsini qazanıb - 4:3. Meydan sahiblərinin...

Premyer Liqasında "" "Neftçi"yə qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, IX turun matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsüm ilk qələbəsini qazanıb - 4:3.

Meydan sahiblərinin heyətində Orxan (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan isə Ervin Koffi (4), Ramil (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" aktivinə ilk 3 xalı yazdırıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…