Operativ Məlumat Mərkəzi

"Kəpəz" "Neftçi"yə qalib gəlib

1 dəq
Paylaş:
"Kəpəz" "Neftçi"yə qalib gəlib
IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsüm ilk qələbəsini qazanıb - 4:3. Meydan sahiblərinin...

Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsüm ilk qələbəsini qazanıb - 4:3.

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan isə Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" aktivinə ilk 3 xalı yazdırıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər