Əsas məzmuna keç

Kəlbəcərdəki bu videonu nazirliklər ARAŞDIRIR - VİDEO

Kəlbəcərdəki bu videonu nazirliklər ARAŞDIRIR - VİDEO

Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili...

Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, sözügedən görüntü ilə bağlı Rayon Polis Şöbəsində araşdırma başladılıb:

"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".

Həmçinin, Dövlət Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Report"a bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…