Əsas məzmuna keç

İtaliya baş naziri məhkəmədən qalib ayrılıb

İtaliya baş naziri məhkəmədən qalib ayrılıb

bu barədə Milan məhkəməsi qərar qəbul edib.  Culia Kortese adlı jurnalist sosial şəbəkə hesabından tez-tez Meloninin xarici görünüşü ilə bağlı mənfi...

İtaliyanın baş naziri Corciya Meloninin boyunu lağa qoyan 5 min təzminat ödəyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milan məhkəməsi qərar qəbul edib.

Culia Kortese adlı jurnalist hesabından tez-tez Meloninin xarici görünüşü ilə bağlı mənfi edib.

Son paylaşımlardan birində o, Melonini “balaca qadın” adlandırıb və “sən nə danışırsan? Səni ümumiyyətlə görə bilmirəm, boyun 1,20”-dir kimi ifadələrdən istifadə edib.

Meloninin vəkili bu cür ifadələrin jurnalistika etikasını zidd olduğunu və cəmiyyətə ziyan vurduğunu, bu səbəbdən də məhkəməyə şikayət edəcəklərini bildirmişdi.

Vəkil, məhkəmənin jurnalistin günahkar olduğu ilə bağlı qərarından sonra, ötən gün verdiyi açıqlamada, Meloniyə ödəniləcək 5000 avroluq təzminatın xeyriyyə təşkilatlarına ianə ediləcəyini bildirib.

Qeyd edək ki, eyni jurnalist, 2021-ci ildə də Meloni barədə oxşar paylaşımlar edərək Meloni tərəfindən məhkəməyə verilmişdi. O, həmin vaxt da 1200 avro məbləğində cəzalandırımışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…