İsrail ordusu Qəzza şəhərinin şimal bölgələrinə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, qaçqınların yerləşdiyi məktəb atəşə tutulub, fosforlu sursatdan istifadə edilib.
Atəşdən sonra binada yanğın başlayıb, lakin hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Bundan əvvəl telekanal şəhərin cənub-qərbindəki məhəllələrin intensiv bombalanması barədə də məlumat vermişdi. Qeyd olunub ki, İsrail aviasiyası yaşayış binalarına zərbələr endirdikdən sonra bir neçə nəfər ölüb, lakin qurbanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.