Əsas məzmuna keç

İsrailin zərbələri nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib - YENİLƏNİB

İsrailin zərbələri nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib - YENİLƏNİB

bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, hazırda ziyanın miqyası araşdırılır. "Obyektdə yerləşdirilmiş qüvvələr arasında...

İsrail Hava Qüvvələrinin (HHQ) İrana endirdiyi nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, hazırda ziyanın miqyası araşdırılır.

"Obyektdə yerləşdirilmiş qüvvələr arasında itkilər barədə hələ heç bir məlumat alınmayıb", - təşkilatdan bildirilib.

***

İsrail hökuməti gecə saatlarında endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli vura bildiyini edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.

Daha əvvəl Atom Enerjisi üzrə Agentlikdən (AEBA) bildirmişdilər ki, Natanza zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…