Operativ Məlumat Mərkəzi

İngiltərədə illik inflyasiya iyun ayında %3,6 olub

1 dəq
Paylaş:
İngiltərədə illik inflyasiya iyun ayında %3,6 olub

İngiltərədə illik inflyasiya iyun ayında %3,6 səviyyəsində ölçülərək gözləntilərin üzərində reallaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İngiltərə Milli Statistika İdarəsi (ONS), iyun ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Qeyd olunub ki, llik inflyasiya iyun ayında %3,6 olub. Halbuki bazar gözləntisi inflyasiyanın %3,4 səviyyəsində olacağı idi. Aylıq inflyasiya isə iyunda %0,3 təşkil edib. Aylıq inflyasiya üçün gözlənti %0,1 idi.

Enerji və ərzaq qiymətləri çıxılmaqla hesablanan əsas inflyasiya, illik müqayisədə %3,7 ilə, %3,5 olan bazar gözləntisini keçib.

Qeyd edək ki, İngiltərədə inflyasiya may ayında illik olaraq %3,4, əsas inflyasiya isə %4,2 səviyyəsində idi.

İngiltərə Mərkəzi Bankı inflyasiyanı davamlı şəkildə %2 səviyyəsinə endirməyi hədəfləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər