Operativ Məlumat Mərkəzi

Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər

1 dəq
Paylaş:
Husilər Ben-Qurion aeroportuna və Qırmızı dənizdə ABŞ gəmilərinə zərbə endirdiklərini bildiriblər
bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib. “Biz işğal olunmuş Yaffa...

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika təyyarə daşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilər tərəfindən formalaşdırılmış silahlı qüvvələrin bəyanatını dərc edərək bildirib.

“Biz işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum etdik. Bütün aviasiya şirkətlərini xəbərdar edirik ki, Ben-Qurion aeroportu hava hərəkəti üçün təhlükəsiz deyil və belə də qalacaq. Hərbi Hava Qüvvələri “USS Harry Truman” Amerika təyyarə daşıyıcısı ilə əlaqəli bir sıra hərbi gəmilərə hücum əməliyyatı həyata keçirib”, – məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər