Əsas məzmuna keç

“Lufthansa” İsrailə gecə reyslərinin ləğvini fevralın 3-dək uzadıb

“Lufthansa” İsrailə gecə reyslərinin ləğvini fevralın 3-dək uzadıb

Alman aviaşirkəti Tel-Əvivə uçuşların dayandırılması müddətini artırdı. Ben Qurion hava limanına səfərlərin yeni qrafiki və mühüm detallar xəbərimizdə.

ru en

“Lufthansa” aviaqrupu İsrailə həyata keçirilən gecə reyslərinin ləğvi müddətini fevralın 3-dək uzadıb. Qərar “Lufthansa”, “SWISS”, “Austrian Airlines”, “Brussels Airlines” və “Eurowings” aviaşirkətlərinin uçuşlarına şamil olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, yanvarın 15-dən etibarən Tel-Əviv istiqamətində bütün uçuşlar yalnız gündüz saatlarında həyata keçirilir. Aviaqrupun açıqlamasında bildirilib ki, gecə uçuşlarının müvəqqəti dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək və yaranan narahatlıqları minimuma endirmək məqsədi daşıyır.

Qeyd edilib ki, ləğv olunan gecə reyslərinin əksəriyyəti gündüz saatlarına keçirilib və sərnişinlər alternativ uçuşlarla təmin olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…