Operativ Məlumat Mərkəzi

Hindistandan ABŞ-ə təxminən 1,5 milyon “iPhone” aparılıb

1 dəq
Paylaş:
Hindistandan ABŞ-ə təxminən 1,5 milyon “iPhone” aparılıb
bununla bağlı xarici KİV məlumat yayıb. Hindistanın Tamil Nadu əyalətindəki Chennai hava limanında gömrük rəsmiləşdirilməsini 30 saatdan 6 saata endirmək...

“Apple” şirkəti ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni vergilərdən təsirlənməmək üçün Hindistandan ABŞ-a təxminən 1,5 milyon “iPhone” aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hindistanın Tamil Nadu əyalətindəki Chennai hava limanında gömrük rəsmiləşdirilməsini 30 saatdan 6 saata endirmək üçün yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra “Apple” keçən ay “iPhone”ları ABŞ-ə hər birinin tutumu 100 ton olan altı yük təyyarəsi ilə göndərib.

“Apple” bu addımı ilə ABŞ bazarında səhm yaratmağı hədəfləyir.

Qeyd edək ki, məhsullarının əksəriyyətini Çində istehsal edən “Apple” şirkəti yeni vergilər səbəbindən “iPhone” qiymətlərinin kəskin arta biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər