Əsas məzmuna keç

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanılıb

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində...

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu tədbiri həyata keçirilib.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də açılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…