Əsas məzmuna keç

HƏMAS Trampın irəli sürdüyü atəşkəs razılaşmasına sadiqliyini təsdiqlədi

HƏMAS Trampın irəli sürdüyü atəşkəs razılaşmasına sadiqliyini təsdiqlədi

HƏMAS-ın silahlı qanadı yaydığı bəyanatda ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs razılaşmasının şərtlərinə və müddətinə sadiqliyini...

HƏMAS-ın silahlı qanadı bəyanatda ABŞ prezidenti Trampın təklif etdiyi razılaşmasının şərtlərinə və müddətinə sadiqliyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, İsrail ordusu hərbi əməliyyatlarla girovları azad edə bilmədikdən sonra atəşkəs və mübadilə razılaşması ilə razılaşıb.

Razılaşmaya əsasən, bazar ertəsi sağ qalan israilli girovların bir qismini təhvil verib. Bu addım, Trampın təşəbbüsü ilə əldə olunan və Qəzzada iki ildir davam edən müharibəyə son qoymağa yönəlmiş planın vacib mərhələsi kimi qiymətləndirilir.

İsrail ordusu Qırmızı Xaçın vasitəçiliyi ilə Qəzzadan 20 girovdan ilk yeddisini qəbul etdiyini açıqlayıb. Girovların azad edilməsi xəbəri Təl-Əvivin Girovlar Meydanında yüzlərlə insanın alqışları ilə qarşılanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…