Gürcüstanın konstitusiyasından Avropa İttifaqı ( Aİ ) və NATO-ya üzvlüklə bağlı maddə çıxarılmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bunu “Vzqlyad” qəzetinə istinadən münaqişələrin həlli üzrə keçmiş dövlət naziri və kinorejissor Giorgi Xaindrava deyib.
"Hökumətə və parlamentə müraciət edirəm: bu maddə ləğv edilməlidir. Bu, biabırçılıqdır; söhbət praktiki olaraq dağılmış və dəyərsiz olan təşkilatlardan gedir", - Xaindrava vurğulayıb.
Onun sözlərinə görə, Aİ artıq “azadlıq və korrupsiya yuvasına çevrilib”.