ABŞ-ın İsrailə sursat göndərməsi Fələstin-İsrail münaqişəsinin həllinə kömək etmir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fələstinin Ramallah şəhərinin meri İsa Kassis bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri yalnız baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “fanatik İsrail hökumətini” Fələstin bölgəsində döyüşləri davam etdirməyə təşviq edir.
Kassis həmçinin ümid edib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Yaxın Şərqdə sülhü təşviq edə və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə əməl edə bilər.