Operativ Məlumat Mərkəzi

Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib

1 dəq
Paylaş:
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının başından güllə yarası alan hərbçisi "Gümrü" tibb mərkəzinə çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Hərbçi tibb mərkəzinə iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib.

Bildirilib ki, 23 yaşlı Aleksey G. reanimasiya şöbəsindədir, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Gümrüdə hərbçinin özünü başından güllələdiyi barədə məlumat yayılır. Digər təfərrüatlar bildirilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər