Əsas məzmuna keç

Dünən bank kartlarından 36 min manat oğurlanıb

Dünən bank kartlarından 36 min manat oğurlanıb

bu barədə DİN-dən bildirilib. Məlumata görə, aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000,...

Vətəndaşların kartlarından oğurluqlar davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Kartın üzərindəki CVV/CVC , SMS vasitəsilə göndərilən OTP kodu, digər məxsus sistemlərə giriş üçün lazım olan loqin və , kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar", məlumatda deyilir.

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…