Əsas məzmuna keç

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

30 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində...

30 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.

DİM"dən "Operativ Məlumat Mərkəzi-OMM" -ə bildirilib ki, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı isə kompüterlər vasitəsilə elektron formada keçirilib və namizəd tərəfindən yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…