Əsas məzmuna keç

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) BB qrupu üzrə sınaq keçirir. 1125 namizədin qatılacağı imtahanın iki növbəli qrafiki və buraxılış qaydaları ilə buradan tanış olun.

ru en

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və “İmtahana vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq, saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…