Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Doktorantura və dissertantura imtahan tarixləri açıqlandı

2 dəq
Paylaş:
Doktorantura və dissertantura imtahan tarixləri açıqlandı

Doktoranturaya qəbul olmaq və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün dili imtahanına Mərkəzin saytı vasitəsilə 11-14 iyunda aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 16-da keçiriləcək.

Doktoranturaya qəbul olmaq istəyən namizəd və doktoranturada oxuyan iddiaçıların danışıq bloku imtahanı 17 – 19 iyun tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirilmə şifahi formada kompüter proqramı vasitəsilə aparılır.

İyunun 25-də isə imtahanın dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları keçiriləcək.

Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından olunurlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax