Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb

2 dəq
Paylaş:
DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb

Ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

Qeyd edilib ki, qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur: "Məlumat üçün qeyd edək ki, bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdursa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib.

2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.

Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax