Operativ Məlumat Mərkəzi

Çin, Türkiyə və BƏƏ şirkətləri ABŞ Ticarət Nazirliyi tərəfindən qara siyahıya salınıb

1 dəq
Paylaş:
Çin, Türkiyə və BƏƏ şirkətləri ABŞ Ticarət Nazirliyi tərəfindən qara siyahıya salınıb
bu barədə departamentin dərc etdiyi və RİA Novosti-nin nəzərdən keçirdiyi sənəddə deyilir. Agentlik qeyd edib ki, bu şirkətlərin fəaliyyəti ABŞ-nin milli...

ABŞ Ticarət Nazirliyi Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan 29 şirkəti malların ixracı və təkrar ixracına məhdudiyyətlər qoyan “qara siyahı”ya əlavə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə departamentin dərc etdiyi və RİA Novosti-nin nəzərdən keçirdiyi sənəddə deyilir.

Agentlik qeyd edib ki, bu şirkətlərin fəaliyyəti ABŞ-nin milli maraqlarına və xarici siyasətinə ziddir. Sözügedən təşkilatların yarıdan çoxu Çində, bəziləri Türkiyədə, qalanları isə BƏƏ-də qeydiyyatdan keçib. Siyahıya daxil olmaq əlavə ixrac maneələri, tədarüklərin məcburi lisenziyalaşdırılması və əksər istisnaların bloklanması deməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər