Əsas məzmuna keç

Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır

Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır

bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib. Mənbələrin məlumatına görə, ticarət müharibəsinin qarşısını almaq üçün Çin Trampın ilk...

Çin ABŞ Prezidenti Trampın birinci administrasiyası ilə 2020-ci ildə əldə edilmiş razılaşmalar əsasında ABŞ ilə siyasəti üzrə danışıqlara başlamağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.

Mənbələrin məlumatına görə, ticarət müharibəsinin qarşısını almaq üçün Çin Trampın ilk prezidentlik müddətində imzalanmış və ABŞ-dan idxalın 200 milyard artırılması öhdəliklərini özündə ehtiva edən "birinci mərhələ" razılaşmalarına qayıtmaq istəyir.

Pekin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində danışıqlar aparmağa, həmçinin ABŞ iqtisadiyyatına, xüsusilə elektromobillərin akkumulyatorlarının istehsalına investisiyaları artırmağa çalışacaq.

Tramp Kanada, Çin və Meksikadan olan mallara tariflər edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25 % (Kanada enerji resurslarına 10 %) , Çindən olan mallara əlavə 10 % tarif tətbiq edilir. 2023-cü ildə bu üç ölkənin ABŞ-yə ümumi ixracı təxminən 1,5 trilyon dollar təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…