"Rusiya ilə Ukrayna arasında hava atəşkəsi rejiminin yaradılması ilə bağlı heç bir razılaşma əldə olunmayıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur. Bir daha təkrar edirəm, nizamlanma trayektoriyasına nail olmaq yollarının axtarışı çərçivəsində mümkün olan hər bir müzakirə yalnız qapalı şəkildə aparılmalıdır”, – o deyib.
Xatırladaq ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada münaqişənin həlli prosesinə hava atəşkəsi rejiminin yaradılması ilə başlamağı təklif etmişdi.