İsrail hərbçiləri Qəzza sektorunda adları bilinməyən məzarlıqlarda yemək axtaran fələstinlilərin cəsədlərini buldozerlərlə basdırırlar və bu, beynəlxalq hüququn pozulması deməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı öz araşdırmasına istinadən məlumat verib.
Telekanalın bildirdiyinə görə, söhbət məhz humanitar yardım paylanan məntəqələrə getməyə çalışarkən öldürülən dinc fələstinlilərdən gedir. Xüsusilə, CNN-in iddiasına əsasən, belə adsız basdırılmalar Qəzza sektorunda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən yardım paylanılan “Zikim” nəzarət-buraxılış məntəqəsi yaxınlığında mövcuddur.
Telekanal araşdırmasında özünün təhlil etdiyi fotoşəkillərə, videolara və peyk görüntülərinə, eləcə də həm fələstinlilərdən, həm də keçmiş İsrail hərbçilərindən aldığı şahid ifadələrinə əsaslanır.
CNN hüquqşünaslara istinadən qeyd edib ki, cəsədlərin buldozerlərlə adsız məzarlıqlara yığılması yolu ilə yanlış şəkildə rəftar edilməsi beynəlxalq hüququ poza bilər.
Beynəlxalq hüquqa əsasən, münaqişə tərəfləri ölənlərin elə dəfn olunmasını təmin etməlidirlər ki, onları tapmaq və şəxsiyyətini müəyyən etmək mümkün olsun.
Bundan əlavə, cəsədlərin qəsdən tanınmaz hala salınması Cenevrə Konvensiyalarına uyğun olaraq hərbi cinayət kimi qiymətləndirilə bilər.