Əsas məzmuna keç

Brüsseldə jurnalistlər Qəzzada həmkarlarının öldürülməsinə etiraz ediblər

Brüsseldə jurnalistlər Qəzzada həmkarlarının öldürülməsinə etiraz ediblər

bu barədə xarici KİV məlumat yayıb. Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ), İngiltərə və İrlandiyada fəaliyyət göstərən Milli...

Belçikanın paytaxtı Brüsseldə İsrailin Qəzzada həmkarlarını öldürməsinə media qurumlarını hərəkətə keçməyə çağırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Brüsseldə Jurnalistlər Federasiyası (IFJ), İngiltərə və İrlandiyada fəaliyyət göstərən Milli Jurnalistlər Birliyinin (NUJ) və Fələstin Jurnalistlər Birliyinin (PJS) nümayəndələri yerli vaxtla saat 13.30 radələrində Şuman meydanında toplanıb.

“Fələstinli jurnalistlərə azadlıq”, “İsrail, Qəzzada jurnalistləri öldürməyi dayandırın”, “Qəzzədə jurnalistlər, biz sizinləyik” yazılı plakatlar daşıyan jurnalistlər meydanda mətbu jiletli karton tabutu qoyub və bir dəqiqəlik sükutla anıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…