Əsas məzmuna keç

"Berlindəki danışıqlarda iki əsas məsələyə aydınlıq gətirilməyib"

"Berlindəki danışıqlarda iki əsas məsələyə aydınlıq gətirilməyib"

bu barədə "Bild" qəzeti Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, rəsmi açıqlamalar pərdəarxası deyilənlərlə kəskin şəkildə ziddiyyət...

Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələrinin rəsmi açıqlamalarına baxmayaraq, Berlindəki danışıqlarda iki əsas məsələyə - zəmanətləri və Ukraynanın mümkün ərazi güzəştlərinə gətirilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmi açıqlamalar pərdəarxası deyilənlərlə kəskin şəkildə ziddiyyət təşkil edir.

Ukrayna dairələrindəki mənbə qəzetə bildirib ki, avropalılar ortaq mövqenin onlara ABŞ prezidenti Trampı öz tərəflərinə çəkməyə və heç olmasa Ukraynaya qarşı planın qəbul edilməsinin qarşısını almağa kömək edəcəyinə ümid edirlər.

Bundan əlavə, ukraynalılar üçün ərazi güzəştlərinin ən azı müvəqqəti olaraq qaçılmaz olduğu aydın olsa belə, qoşunların Donbasdan tamamilə çıxarılması qərarını əhaliyə izah etmək çətin olacaq.

Ukrayna hökumət dairələrindən bir mənbə "Bild"ə bildirib ki, hazırda onlar üçün yaxşı bir həll yolu yoxdur. Ya qismən təslim olmağa məcbur olacaqlar, ya da müharibə davam edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…