Əsas məzmuna keç

Ukrayna XİN ABŞ səfirliyinin Kiyevdən təxliyəsi ilə bağlı iddiaları təkzib edib

Ukrayna XİN ABŞ səfirliyinin Kiyevdən təxliyəsi ilə bağlı iddiaları təkzib edib

Nazirliyin rəsmisi Georgi Tixiy səfirliyin fəaliyyətini dayandırması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

en ru

Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy Rusiyanın paytaxta mümkün zərbə endirəcəyi ilə bağlı təhdidlər fonunda səfirliyinin Kiyevdən təxliyə olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

"İnterfaks-Ukraina" agentliyinə istinadən xəbər verilir ki, jurnalistlərin suallarını cavablandıran G. Tixiy sözügedən məlumatın reallığı əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl bəzi kütləvi informasiya vasitələrində Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın Kiprdə keçirilən nazirlərinin qeyri-rəsmi görüşündə səsləndirdiyi fikirlər yer alıb. K. Kallas çıxışı zamanı Ukraynadakı diplomatik missiyaların vəziyyətinə toxunaraq, "Biz Ukraynadan eşitdik ki, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qalır, ABŞ gedir", - deyə bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…