Əsas məzmuna keç

Banqladeş Hasinanın ekstradisiyası üçün İnterpola müraciət edəcək

Banqladeş Hasinanın ekstradisiyası üçün İnterpola müraciət edəcək

bu barədə Banqladeşin müvəqqəti administrasiyasının ədliyyə məsələləri üzrə kuratoru Asif Nəzrul bildirib. “Biz tezliklə xaricə qaçan Şeyx...

Banqladeşin müvəqqəti hökuməti soyqırımda və insanlığa qarşı cinayətlərdə olunan keçmiş Şeyx Hasinanın Hindistandan ekstradisiyası üçün İnterpola müraciət edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti administrasiyasının ədliyyə məsələləri üzrə kuratoru Asif bildirib.

“Biz tezliklə xaricə qaçan Şeyx Hasinanınekstradisiyası üçün İnterpoldan qırmızı bildiriş tələb edəcəyik” , - deyə o deyib.

Bundan əvvəl Banqladeşin müvəqqəti hökuməti Şeyx Hasina və Avami Liqasının Obaidul Qaderin Cinayət Məhkəməsi vasitəsilə həbsinə order verib. Səlahiyyətlilər həmçinin Şeyx Hasinanın 62 siyasi rəqibinə, o cümlədən hazırda Banqladeşin müvəqqəti hökumətinə başçılıq edən Məhəmməd Yunusa qarşı soyqırımı haqqında Haaqadakı Beynəlxalq Məhkəməyə məlumat verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…