Banqladeşin müvəqqəti hökuməti soyqırımda və insanlığa qarşı cinayətlərdə ittiham olunan keçmiş baş nazir Şeyx Hasinanın Hindistandan ekstradisiyası üçün İnterpola müraciət edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti administrasiyasının ədliyyə məsələləri üzrə kuratoru Asif Nəzrul bildirib.
“Biz tezliklə xaricə qaçan Şeyx Hasinanınekstradisiyası üçün İnterpoldan qırmızı bildiriş tələb edəcəyik” , - deyə o deyib.
Bundan əvvəl Banqladeşin müvəqqəti hökuməti Şeyx Hasina və Avami Liqasının baş katibi Obaidul Qaderin Beynəlxalq Cinayət Məhkəməsi vasitəsilə həbsinə order verib. Səlahiyyətlilər həmçinin Şeyx Hasinanın 62 siyasi rəqibinə, o cümlədən hazırda Banqladeşin müvəqqəti hökumətinə başçılıq edən Məhəmməd Yunusa qarşı soyqırımı haqqında Haaqadakı Beynəlxalq Məhkəməyə məlumat verib.