Əsas məzmuna keç

Banqladeşin sabiq Baş naziri ölüm cəzasına məhkum edilib

Banqladeşin sabiq Baş naziri ölüm cəzasına məhkum edilib

Banqladeşin sabiq Baş naziri Hasina bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilərək məhkəmə tərəfindən ölüm cəzasına edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xüsusi tribunalın hakimi Qolam Mortuza Mozumder bildirib ki, ittiham olunan sabiq ötən il hökumət əleyhinə etirazları yatırmaq üçün dronlar, vertolyotlar və silahlardan istifadə olunması əmri verərək cinayətlər törədib.

BMT-nin məlumatına görə, həmin hadisələrdə təxminən 1 400 nəfər həlak olub, onların əksəriyyəti təhlükəsizlik qüvvələrinin atəşindən ölüb.

Şeyx Hasina məhkəmədə iştirak etməyib, çünki hazırda Hindistanda mühacirətdə yaşayır. O, 2024-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bu ölkəyə sığınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…