Əsas məzmuna keç

Bakı sakinindən 15 kiloqrama yaxın narkotik aşkarlandı

Bakı sakinindən 15 kiloqrama yaxın narkotik aşkarlandı

Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb. Daxili İşlər Nazirliyinin...

Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi -OMM"-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid rayon ərazisində saxlanılıb.

Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı F.Əhmədov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, çantasından aşkarlanan narkotik vasitələri məbləğ qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…