Əsas məzmuna keç

Bakı və Abşeronda 21 kq narkotik aşkarlanıb, 6 nəfər həbs edilib

Bakı və Abşeronda 21 kq narkotik aşkarlanıb, 6 nəfər həbs edilib

Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid...

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zaman 21 kq və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, , Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal , Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.

Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…