Əsas məzmuna keç

Neftçalada iri həcmli narkotik dövriyyəsinin qarşısı alınıb

Neftçalada iri həcmli narkotik dövriyyəsinin qarşısı alınıb

Neftçala rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov hüquq-mühafizə orqanları tərəfindən...

ru en

Neftçala rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini etməkdə şübhəli 43 yaşlı Samiq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, keçirilən tədbirləri zamanı S.Abuşovun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitələr – həşiş və marixuana aşkarlanaraq götürülüb.

İlkin istintaq zamanı saxlanılan şəxs ifadəsində bildirib ki, şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunub və narkotik maddələri Bakı şəhərinə çatdırmalı imiş.

Faktla bağlı başlanılıb, Samiq Abuşov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…