Londonda Kiyevlə bəzi ölkələrin nümayəndələri arasında keçirilən danışıqlarda “istəklilər koalisiyası” adlanan ölkələrin Ukraynaya sülhməramlılar göndərmək istəyinin “yumşaldıldığı” görünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə əsaslanaraq yazıb.
Nəşr xatırladıb ki, Ukraynaya sülhməramlılar göndərmək niyyəti Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun ideyalarına əsaslanır.