Gürcüstan və Avropanın elektrik sistemlərini birləşdirəcək Qara dəniz sualtı kabel (BSSC) layihəsinə Avropa Komissiyası (AK) tərəfindən “Qarşılıqlı Maraq Layihəsi” (PMI) statusu verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Avropa Komissiyası (AK) qərar qəbul edib.
Sənədə əsasən, AK ümumilikdə transsərhəd enerji layihəsinə “Ümumi Maraq Layihəsi” (PCI) və “Qarşılıqlı Maraq Layihəsi” (PMI) statusu verib. AK-nın qeyd etdiyi kimi, bu layihəni dəstəkləməklə Avropa Komissiyası Avropada və onun hüdudlarından kənarda enerji ittifaqını gücləndirir. Bildirilir ki, bu layihələr bütün Avropa qitəsində enerji əlaqəsini gücləndirəcək və enerji ittifaqının tam yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Avropa Komissiyası tərəfindən qəbul edilmiş PCI və PMI siyahıya baxılması üçün Avropa Parlamentinə və Avropa Şurasına təqdim ediləcək. Hər iki qanunvericinin tam siyahını qəbul etmək və ya rədd etmək üçün iki ay vaxtı var. Onlara sənədə düzəliş etmək icazəsi verilmir.
“Bu proses həm qanunvericilərin tələbi ilə iki ay uzadıla bilər. Siyahı təsdiq edildikdən sonra komissiya seçilmiş layihələrin ən səmərəli və sürətli icrasını təmin etmək üçün layihənin təşəbbüskarları və üzv dövlətlərlə əməkdaşlığı gücləndirəcək”, - deyə Avropa Komissiyasının bəyanatında vurğulanır.